Quba Təhsil Şöbəsi hər müəllimdən 100 manat rüşvət tələb edir - İDDİA Beyləqan sakinindən prezidentə müraciət: “Çərkəz Şirinov məni ölümlə hədələyir” Güləşçilərə verməyə pul tapmayan vitse-prezidentin oğlunun lüks həyatı (FOTOLAR) Masallıda Heydər Əliyev Fonduna böhtan atan “sahibkar” kimin adamıdır?
 

“İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

Tarix 10.01.17, 20:08

Font ölçüsü : - / +
bitmap-img6

"CBC Sport" telekanalının baş direktoru Volkan Üstün qafqazinfo-ya müsahibə verib. Müsahibəni təqdim edirik:


- Kanalınız geridə qalan yarım mövsümdə nələri bacardı, nələri bacarmadı?
- "CBC Sport"un, əslində, bacarmadığı heç bir şey olmadı. Hətta hədəflərimizdən daha irəli getdik. Bir ili tamam olmamış kanal çox sayda yarışları işıqlandırdı. U-17 Avropa çempionatının yayımı, Fransada keçirilən AÇ-2016-nın oyunları və Parisdən canlı yayımı təşkil etdik. Bütün bunların yanında bir çox verilişlər də efirə getdi. Biz təkcə futbolla kifayətlənmədik. Cüdo, voleybol, tennis, basketbol kimi oyunlara da yer ayırdıq. Tamaşaçılarımızdan da təşəkkür məktubları alırıq. Bacarmadığımız şey isə odur ki, ölkənin iqtisadi durumuna uyğun olaraq bəzi şeylərdə önümüz kəsildi. Bunlara uyğun da tədbir görəcəyik. 2017-ci ilə daha yaxşı start verəcəyik. Ən önəmli şeylərdən biri də bizim Azərbaycan Premyer Liqasını işıqlandırmağımızdır. Bu çempionata gətirdiyimiz yeniliklər göz önündədir. Bu il də sürprizlər davam edəcək.

- Azərbaycan çempionatının səviyyəsinin aşağı olması keyfiyyətli yayıma nə qədər mane olur?
- Bu, hamının ortaq düşüncəsidir ki, komandaların sayı çox olsa, çempionat daha da gərginləşəcək və keyfiyyət artacaq. Amma bunu həll etmək bizim vəzifəmiz deyil. Bizim düşüncəmiz odur ki, yayımı keyfiyyətli təşkil edək və kanalı izləyən xarici ölkə vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar razı qalsınlar. Azərbaycan komandaları "Qarabağ" və "Qəbələ" bu il Avropada yaxşı çıxış etdilər, milli komanda DÇ-2018-in seçmə mərhələsində 4 oyuna 7 xal yığdı. Bunları kanal işıqlandırarkən keyfiyyət çox yaxşı olur. "İdman Azərbaycan" kanalı ilə birlikdə uğur qazanmağa doğru irəliləyirik.

- Azərbaycanda şərhçilik problemi daim aktual mövzu olaraq qalır. Ümumiyyətlə, bu yöndə inkişaf üçün bizdə nə çatmır?
- Bu, Türkiyədə də daimi problemdir. Şərhçilərini ən çox sərt tənqid edən bəlkə də bizik. Şərhçilik insanın özəl durumudur. İnsanların həyatında baş verənlər şərh etdikləri oyuna da çox yansıyır. Ən yaxşısı şərhə girdiyin zaman hər şeyi qapının önündə buraxmaqdır. Bunun dünyada çox yaxşı örnəkləri var. Rusiyada, Türkiyədə şərhçilər var ki, onları izləmək lazımdır. Harda daha çox emosiyalarla danışmaq, harda təhlilə üstünlük verməyi öyrənmək lazımdır. Bizim hər həftə burada toplantımız olur. Bu barədə çox danışırıq. Daxili şuramız da var. Bu mövzularda çox müzakirələr olur. Matçların ardından necə hakim qərarları müzakirə olunursa, bizdə də şərhçilərin danışıqları təhlil edilir. Hər kəsə tapşırıqlar verilir. Şərhçilik insani keyfiyyətlərlə bağlıdır. Bizə yaxşı gələn şeylər digərlərinə xoş gəlməyə bilər.

- Son zamanlar "CBC Sport"da maliyyə problemlərinin ciddi hal aldığına dair söz-söhbətlər var...
- Yox, bu düzgün deyil. Biz bütün işçilərin maaşını vaxtında veririk. Sadəcə yeni ilə girərkən bəzi tədbirlər gördük. Hər yerdə olan iqtsadi durumu nəzərə alaraq, biz ehtiyatlı addım atdıq. Bizim böyük bir PTS-imiz var idi. Onu Türkiyəyə yolladıq, əvəzində isə başqa biri hazırlanır. Yayımın keyfiyyətli olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Lakin o PTS-i göndərdiyimiz üçün bəzi işçilərimizlə yollarımız ayrıldı. Bu işdən çıxarılma kimi görünsə də, əslində işimiz üçün etdiyimiz dəyişikliklərdir. Şirkət olaraq hər şey öz yerindədir. Sadəcə iqtisadi tədbirlərimizi davam etdiririk.

- İkinci dövrənin son oyunlarında az matçlardan yayım verdiniz. Bəs, mövsümün geri qalanında necə olacaq?
- Bacardığımız qədər çox oyunları, iki PTS-lə yayımlayacağıq. Ötən il 5 saatlıq yayım etdiyimiz kubok finalı üçün bu il daha böyük sürprizlər düşünmüşük.

- Əslində bizi bu müsahibəyə sövq edən səbəb sizin canlı yayımda keçmiş həyat yoldaşınıza etdiyiniz evlilik təklifidir. Bu necə baş verdi?
- Bu barədə ilk dəfə sizə danışıram. Heç Türkiyə mətbuatına da açıqlama vermədim. Keçmiş həyat yoldaşımla 11 il evli olmuşuq. Onunla bir ara münasibətlərimizdə problemlər oldu. Düşünmək üçün bir ara ayrı yaşamaq qərarına gəldik. Amma fiziki olaraq ayrılmamışdıq. Çünki mənim bir əlim həmişə onların üstündə idi. İki gözəl övladımız da var. Övladlarımdan birinin özəl problemləri var. O bizi daha çox bir yerə gəlməyə vadar edirdi. Düşündüm və bu qədər ayrı qalmağımızın yetərli olduğuna qərar verdim. Özgə Uzunun həmin gün Çağla Şikel və Alişanın verilişində qonaq olacağını bilirdim. Verilişin rejissoru dostumdur və ondan xahiş etdim ki, belə bir fikrim var. İcazə aldım və o sürprizi etmək qərarı verdim. Onun xəbəri olmadan bunu etdim. Ən çoxu da dediyindən yayınmasın, sözündən qaçmasın deyə canlı efirdə evlilik təklif etdim.

- Öz aranızda ona evlilik təklifi edib "yox" cavabı almışdınız, yoxsa?..
- Birbaşa canlı yayımda bunu etdim. İlk dəfə.

- Türkiyəyə bunun üçün getmişdiniz?
- Yeni il üçün getmişdim. Amma belə bir fikrim var idi. Canlı yayıma çıxması işimi asanlaşdırdı. Əgər elə olmasaydı, başqa sürpriz fikirləşməli idim. Hər kəsin göz önündə təklif etdim, cavabımı aldım. Bunun geri dönüşü yoxdur.

- Toy nə zamandır?
- Azərbaycanda toy edəcəyəm. Bunun qonaqlıqığını verməmək olmaz.

- Stadionda toy mərasimi oldumu heç?
- Yox, olmadı. Hər halda ilk biz edəcəyik.

- Evlilik təklifi etmişkən bəlkə toyu da maraqlı məkanda edəsiniz?
- Stadionun direktoru Cavid bəy verərsə, edərik. Ola bilər. Sadəcə bunun üçün yayı gözləmək lazımdır. Amma mən gözləyə bilməyəcəm, qışda toyu edəcəyəm. Hər halda şadlıq sarayı tutacağam. İki səbəblə Azərbaycanda toy etmək istəyirəm. Birincisi, Azərbaycan mənim həyatımda önəmli yerə sahibdir. İkincisi, mən artıq burada yaşayıram və toyu bura adət-ənənələri ilə etməyi düşünürəm. Çox maraqlı olacaq. Bilirəm ki, Türkiyədən çox dostum gələcək. Onlara ölkəni də tanıdacağam. Azərbaycanı tanımadan insanlar fikir söyləyirlər. Amma bura bambaşqa ölkədir.

- Azərbaycanda telekanal rəhbərləri mətbuatdan qaçır. Amma siz mətbuata çox açıqsız...
- Mən də sizin kimi müxbir olmuşam. Ona görə də sizə cavab verməmək özünə xəyanətdir. Həm də nə varsa, özüm aydınlıq verə bilirəmsə, niyə bunu etməyim?! Digər tərəfdən, eyni məslək sahibləriyiksə, haqqımız var soruşmağa və cavab almağa.

- Bakıda oteldə qalırsınız...
- Qalırdım. Bu gün səhər ev tutmuşam. Həyat yoldaşım da 15 gün sonra bura gələcək. Birlikdə yaşayacağıq. Birdəfəlik bura köçürlər. Amma 1 il oteldə qalmışam.

- Azərbaycana gələrkən yerli telekanalların durumuna baxmışdınız? İndi izləyirsiniz?
- Əlbəttə. Hər zaman kanallara baxıram. "Xəzər TV"dən seriallara baxıram, ATV-dən xəbər izləyirəm. Bəzən musiqili verilişləri izləyirəm. Son zamanlar ARB kanalı diqqətimi cəlb edir. Azərbaycan və Türkiyə kanallarını qarşılaşdırdıqda fərqlər ortaya çıxır. Türkiyədə özəl televiziyanın 30-35 illik tarixi var. Azərbaycanda bu, 20 ildir. Həmin aradakı zaman fərqi yayıma, keyfiyyətə təsir edir. İnanılmaz şəkildə aradakı fərq yox olur. Məsələn, seriallarda keyfiyyət fərqi yoxdur. "Xəzər TV"dəki "Futbol saatı" verilişi mənim çox diqqətimi cəlb edir. Orda dostlarımız var. Çox maraqlı müzakirələr gedir. Ümid edirəm ki, məni də ora dəvət edəcəklər. Biz onları "CBC Sport"a çağırırıq. Ən çox "Futbol saatı"na baxıram.

- Seriallar arasında ciddi fərq olmadığını dediniz. Amma Türkiyədəki keyfiyyət həddən artıq yüksəkdir...
- Bu, reklam bazarı ilə əlaqəlidir. Məsələn, Azərbaycanda reklam bazarında 50 milyon manat varsa, Türkiyədə bu 5 milyarddır. Nə qədər çox pul qazanılsa, keyfiyyət o qədər də yüksələcək. Əminəm ki, burdakılar da fərqli kameralar istəyir. Amma maddi baxımdan problemlər olur. Amma filmlərdəki keyfiyyət Türkiyə ilə eynidir. Məsələn, mən "Bozbaş pictures"i, "Ər arvad"ı izləyirəm. Çox keyfiyyətlidir.

- Yayımladığınız ən yaddaqalan oyun hansıdır ki, tam istədiyiniz kimi olub?
- Hər halda ötənilki kubok finalı. Çünki möhtəşəm olmuşdu.

- Klublarımız oyunlarını yayımlamadığınıza görə sizə şikayət etdibmi heç?
- Onlar bizə çox iradlar bildirirlər. Bundan heç də narahat olmuruq. Ən çox oyunların saatlarının dəyişdirilməsinə görə narazılıq edirlər. Xoş, narazılıqsız yayımladığımız matç olur. Klub rəsmiləri gəlib soruşurlar ki, bizim oyun niyə az yayımlanır? Səbəbini də izah edirik. Bu bir az da klublardan asılıdır. Stadionda şərhçilər üçün yaradılan şərait bəzən çox zəif olur. Adını çəkməyəcəyim bir stadion var ki, biz orada pilot kameraları və operatoru iplə bağlayırıq ki, külək uçurmasın. Soyuq, qarlı havada bizə problem yaranır. Amma problem deyil. Bu qışı da belə yola verdik (gülür).

- Səmimi cavab verin, ən çox kimin şərhini bəyənirsiz?
- Buna cavab versəm, mən bu qapıdan çıxa bilmərəm (gülür). Hər birinin fərqli özəllikləri var. Rüstəm Əfsərlinin ayrı, Rövşən Binnətlinin ayrı, Gündüz Abbaszadənin, ayrı, Emin Abbasovun ayrı özəlliyi var. Amma bir az da olsa, Rüstəm Əfsərli və Gündüz Abbaszadəyə üstünlük verərdim.

- Türkiyədə şərhçilər daha çox emoisionallığa üstünlük verir, Rusiyada isə təhlil üzərində qurulur. Azərbaycanlı şərhçilərin hansı özəlliyi var?
- Azərbaycan şərhçiləri türkiyəlilərdən daha emosionaldır. Daha çox təhlil və statistika baxımından irəliləməyə ehtiyacımız var. Daha çox analizi necə edə bilərik, rəqəmsal olaraq nəyə nail ola bilərik deyə düşünürəm. Bunu növbəti mövsümdə inkişaf etdirməyə çalışacağıq. Ekran yenilikləri də olacaq. Xəritələrlə və rəqəmlərlə statistikalar vermək fikrimiz var.

Növbəti mövsüm bunu sınayacağıq. Məsələn, şərhçilərdən biri "Qəbələ"nin, biri "Neftçi"nin azarkeşi olacaq. Bəlkə də onun keyfiyyəti çox olacaq.

- Ofisinizin stadionda yerləşməsi sizin üçün üstünlükdür?
- Üstünlük də deyil, pis də deyil. İdman kanalı olduğumuz üçün bir-biri ilə üst-üstə düşür. Strateji məqamlar var. Burda beynəlxalq oyun olduğunda biz də onun bir hissəsi oluruq.

- Sizdən öncə bir xeyli türk məşqçi burada işlədi. Onlarla danışırdınız?
- Mustafa Dənizli, Oğuz Çətinlə çox söhbətimiz olmuşdu. İndi də münasibətlərimiz var. Onu tez-tez Bakıya dəvət edirəm. İmkan olsa, gələcək. Onlar qiymətli, önəmli türk futbol adamlarıdır. Qurban Qurbanov Fatih Terimdən sonra türk dünyası üçün önəmli futbol adamıdır. Onun daha böyük uğurlar qazanacağına inanıram.

- "Beşiktaş" və "Qarabağ" arasında oyun olmalı idi. Amma bu, baş tutmadı. Siz hər iki tərəflə münasibəti olan biri kimi belə oyunu təşkil etməyə cəhd etmisiz?
- İndi komandalar hamısı mövsümün ikinci yarısına hazırlaşırlar. Ona görə də vaxt azlığı problemi var. "CBC Kuboku"nu təşkil etmişdik. Bu dəfə də eynisini düşündük. Amma komandalar hazırlaşdıqlarını və yalnız əvəzedicilərlə ora qatılacaqlarını bildirdi. Hava şəraiti də yaxşı olmadı. Ona görə alınmadı. Belə bir fikrimiz var ki, futbol veteranlarını üz-üzə gətirək. "26-cı dəqiqə" filmindən sonra bunu da düşündük. Azərbaycan - İsveçrə oyunundakı qolun eynisini çəkmişdik. Növbəti mövsüm 4 komandalı çempionat keçirmək fikrimiz var. Hazırlıq üçün lazım olan oyunlar təşkil etməyi düşünürük.

MilliYol.Az



Xəbərin oxunma sayı : 910

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

17 AVQUST 2017

11:25 “İraqın parçalanması region üçün təhlükəli olacaq“

11:20 Qəfil ölüm, sonsuzluq… – Enerji içkilərinin dəhşətli fəsadları

11:12 Bakıda həbsxanada məhkumlar arasında dava baş verib

11:05 Deniz Seki ərə getmək üçün şərtini açıqladı

10:55 Sabun köpüyü kimi şişmiş “ekspert“lər bizim adımızdan istifadə edir

10:40 Koalisiya qüvvələri Rakkanı bombaladı

10:34 Dollar bu gün neçəyədir?

10:30 Trump Məsləhətçilər Şurasını ləğv etdi

10:17 Baş nazir Talassemiya Mərkəzi haqda qərar verdi

10:12 Bakıda 32 yaşlı kişi özünü asaraq intihar edib

16 AVQUST 2017

17:55 Bakıda 14 yaşlı qız itkin düşüb

17:40 UEFA “Qarabağ”ın qazanacağı vəsaiti açıqlayıb

17:33 Məktəbli qızı zorlayanlardan biri məmur oğlu imiş

17:24 Dolların sabaha olan məzənnəsi

17:18 Evlər bahalaşa bilər – deputatdan açıqlama

17:12 Prezident İlham Əliyev 4 milyon manat ayırdı - 3 qəsəbəyə görə

16:50 Ermənistanın baş naziri Kəlbəcərə gəldi: Ermənilər Kəlbəcər suyunun istehsalına başlayırlar

16:33 Prokuror Akif Çovdarova iş istədi- 15 il

16:20 Bulvarda intihar – Qadın özünü dənizə atdı

16:05 “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq“

15:50 Londonda hava limanı yaxınlığında partlayış olub

15:40 Şəmkirdə kütləvi dava baş verdi: 2 nəfər bıçaqlandı

15:33 Ermənilər Kəlbəcərdə nəhəng zavodun tikintisinə başladı

15:20 İnsan alveri edən 33 azərbaycanlı qadın

15:12 35 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi- Səbəb

14:40 Akif Çovdarov və digərlərinin məhkəməsində prokuror çıxış edir

14:25 Azərbaycanın Mi-17 vertolyotları və gəmiləri İsrail raketləri ilə zərbə endirir

14:20 Daha bir xarici şirkət Azərbaycanı tərk edir

13:50 Ərdoğan İrana gedir

13:40 “İran Suriyada uzaqmənzilli raket istehsalı zavodu tikib“

13:33 Türkiyə Almaniyaya nota göndərdi

13:25 “Əmək haqqı və digər ödənişlər üzrə nağd pul məxarici 75,3% azalıb”

13:20 “Şou-biznesdə nə qədər xanımla sevgili olmusan?“

13:12 “Astan Şahverdiyevə yenə qulaqburması veriləcək”

12:50 Problem Putin deyil, Rusiyadır! – “Rusiya heç zaman demokratik ölkə olmayacaq”

12:45 “Turan”ı bağlaya bilərlər” - Mehman Əliyev danışdı

12:40 Gədəbəydə 14 yaşlı oğlan qətlə yetirilib

12:25 Hava yağışlı olacaq – Proqnoz

12:20 “Turan”ın ofisində axtarış başladı

12:05 Fransa prezidenti Ərdoğana zəng etdi - “Jurnalisti sərbəst buraxın“

11:50 “İstəmədim, kimsə mənə görə...“ - Elgiz Əkbər

11:45 Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır – İstehsal 72% azalıb

11:30 50 illik münaqişə başa çatdı

11:20 Boş qalan plan yerlərinin sayı açıqlandı

11:12 “Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır”

11:05 Azərbaycanda ÜDM istehsalı azalıb- Statistika

10:50 Tubaya zərbə: UNİCEF-dən çıxarılır

10:44 “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər”

10:35 “Akkord SDİ Şirkətlər qrupu” ləğv olundu

10:30 Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırılıb

10:24 Ağdaşda bələdiyyə sədrinin oğlu qətlə yetirilib

10:17 Azərbaycanda yarım ildə 29 mindən çox insan ölüb

10:12 Zakir Həsənov Azərbaycan tankları ilə Rusiya çöllərini necə fəth etdi...

15 AVQUST 2017

18:16 Prezident sərəncam imzaladı

17:55 Ermənistanda 18 yaşlı əsgər intihar edib

17:45 Dövlət idarələri elektrik enerjisi və qaz istehlakını artırıb

17:40 Naxçıvanın keçmiş daxili işlər nazirinin həbsi barədə xəbər təsdiqini tapmır

17:33 Amerikalı aktrisa Kıvanç Tatlıtuğla filmə çəkilmək istəmədi

17:12 Bu gündən bankların məcburi ehtiyatlarının saxlanma qaydası dəyişir

17:05 Deputat zorlanan məktəbli ilə bağlı müraciət etdi

16:55 İsrail Fələstin İslam Hərəkatının liderini həbs etdi

16:40 Gürcüstanda yeni siyasi təşkilat yarandı

16:33 Azərbaycan Rusiyaya ət və süd məhsulları satacaq

16:25 DİM magistraturalara boş qalan yerlərə müsabiqənin nəticələrini –Açıqladı

16:20 “Müdafiə xərclərinin ixtisarı nəzərdə tutulub” – Putin

16:20 Dovğanın içində kokain: Bakıda oğul atasına sovqat gətirdi

16:05 Venesuela, yoxsa Şimal Koreya? - Təhlil

15:45 “Telekanallarda ədəbi dil normaları bütün səviyyələr üzrə pozulur“

15:20 İran nüvə sazişindən çıxacağı ilə hədələyib

15:12 “Ramil Quliyev barədə 6 il əvvəl dediklərimi təkzib etmirəm“

14:40 Bill Qeytsin nəhəng xeyriyyəsi - 4,6 milyard dollar

14:35 Azərbaycanda doğulan uşaqların 53%-i oğlandır

14:25 “Mən tələsmirəm...” - Səməd Vurğunun şedevri

14:20 Trampın qərarı Çini ciddi şəkildə qayğılandırıb

14:13 Bukmeker kontoru: “Qarabağ” qalib gələcək

14:05 “Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırırq?” –Deputat

13:25 “6 ayda 7 mindən çox ailə dağılıb“

13:20 Azərbaycanda qızıl hasilatı 3 dəfədən çox artıb

13:13 “660-dan yuxarı bal toplayan 2 nəfər ali məktəbə qəbul olunmayıb”

13:05 Metrodan istifadə etmiş sərnişinlərin sayı 6,1% artıb

12:50 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

12:40 Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq

12:33 Sumqayıt sakini mikroavtobusu Dərbənddə aşırdı, 4 yaralı var

12:20 Avtomobil benzini istehsalı 7,2% artıb, dizel yanacağı 17% azalıb

12:12 Bu il əhali kreditlər üzrə faizlərin ödənilməsinə 527 mln. manat yönəldib

12:05 Azərbaycan əhalisinin sayı açıqlanıb

11:50 Dünya çempionatına yollanan güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlandı

11:33 Azərbaycan Gürcüstana 558 milyon dollar investisiya yatırıb

11:25 Bakıda 17 yaşlı oğlan intihar etdi

11:20 ARB-dən gedən Zümrüd hansı kanalda çalışacaq?

11:12 Bakıda kafedə kütləvi dava – Ölən və xəsarət alanlar var

11:05 Qız uşağını sevməyən ölkələr – siyahı sizi şoka salacaq

10:50 “ABŞ dövlət borcunun artması dolları bahalaşdıracaq” – Analitik

10:44 İsmayıllı-Qəbələ yolunda baş verən yol qəzasında 4 nəfər ağır xəsarət alıb

10:30 Tələbələrin köçürülməsinin vaxtı uzadılıb

10:23 Dövlət Sərhəd Xidməti Xəzərdə genişmiqyaslı təlim keçirib

10:17 Kim Çen In ordunu hər an zərbə endirməyə hazır olmağa çağırıb

10:12 Ermənilər atəşkəsi 128 dəfə pozub

10:05 ABŞ-dan Bakıya ilginc siqnal – “Özünü Rusiyadan qoru!..”

14 AVQUST 2017

18:15 Pezident mədəniyyət sahəsinin inkişafına 7 milyon manat ayırdı

16:55 “Azərbaycanın Türkiyəsi var, Ermənistanın bu cür müttəfiqi yoxdur”

16:45 Azərbaycanın onlarla rayonunda internet olmayacaq

16:35 Azərbaycanlılar Saakaşvilinin Gürcüstana qayıtmasını istəyir

16:30 Saakaşvili planlarını açıqlayır

16:22 “Ölkəm heç bir hərbi bloka daxil olmayacaq”

16:16 “Şimali Koreya ilə nüvə savaşına girəcəyimiz nöqtədə deyilik“

16:05 Ermənistan Qarabağda itki verdi

15:45 Lukaşenko narahatdır

15:30 Azərbaycanda növbəti əfv fərmanının imzalanması gözlənilir

15:25 “Ölkəni hər il 28 min nəfər tərk etsə, Serj Sərkisyan daha 106 il hökm sürə bilər”

15:18 Payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

15:12 Almaniyanın keçmiş kansleri “Rosneft”in idarə heyətinə seçilə bilər

14:55 Almaniya məhkəmələri miqrantların şikayətləri ilə dolub-daşır

14:40 “Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14:25 Bakıda taksi qaçırıldı

14:20 Şimali Koreya Rusiya və Çindəki səfirlərini geri çağırıb

13:44 Ayrılığa 6 ay dözə bildilər - fotolar

13:40 “Qızımı ermənilərdən xilas edin”

13:30 Bakıda böyük qarət – 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl oğurlandı

13:20 Balaxanı-Binəqədi yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq



loading...
Çingiz xanın məzarı niyə tapılmır? (ARAŞDIRMA)

Çingiz xanın qəbrinin izi qalmasın deyə min at torpağın üzərində var-gəl edib
Ədəbiyyat müəlliməsinin şair Həsən Hüseynlə bitməyən sevgi hekayəsi

Kapitalizimin sevgini belə reklama çevirdiyi dövrdə bütün hisslər reklam xarakteri daşıyır. Sosial şəbəkələrdə həsrətdən tutmuş qovuşmağa qədər hər şey reklama çevrilib.
AzTV-nin aparıcısı canlı efirdə çətin vəziyyətə düşdü (VİDEO)

Azərbaycan Televiziyasının canlı efirində aparıcı çətin anlar yaşayıb.
Tanınmış azərbaycanlı jurnalistin karyerası bitdi

Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016