Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Birinci sinif şagirdlərinin çantası 7 kiloqramdır...”


Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər geniş müzakirələrə səbəb oldu

Deputat Aqil Abbas çıxışında dedi ki, burda oturanların 90 faizi mənfur sovet dövründə təhsil alıb: “Amma Xudu Məmmədov 34 yaşında dəqiq elmlər üzrə elmlər doktoru idi və İngiltərədə ingilis dilində mühazirələr oxuyurdu. İndi bir nəfər mənə yeni Əhliman Əmiraslanovu, Abel Məhərrəmovu, Misir Mədanovu göstərin! Bu təhsil sisteminin başına o qədər oyun açırlar ki, 26 ildə bir nəfər onlara bərabər alim yetişmədi. Hələ mən Yusif Məmmədəliyevi, ya Xudu Məmmədovu demirəm. Oqtay müəllim, sizdən xahiş edirəm: orta məktəbə biz 1 sentyabrda gedirdik. İndi onu dəyişiblər rusa görə... Bəs, 15 iyun nə deməkdir? Bizə istirahət vermisiniz, amma 1-ci sinifdə oxuyanlar məktəbə gedir. İsa müəllim, bu məsələ ilə bağlı tədbir görün! 1 sentyabrda dərsə gedənlərdən Xudu Məmmədovlar çıxıb, amma 15 sentyabrda gedənlərdən hələ bir dənə Fərəməz Maqsudov çıxmayıb. 1-ci sinifdə oxuyanların çantası 7 kiloqramdır. Bunlar “ştanqist” yetişdirəcəklər? Ona görə də hamı dədəsi, anası ilə gedir. Çünki o çantanı uşaq götürsə, beli qırılacaq. Biz də oxumuşuq da, iki kitab, bir dəftər olurdu. Xahiş edirəm, bu məsələyə diqqət yetirin! Bu uşaqlara bu əzabı niyə verirlər, bu yayın istisində? Çox xahiş edirəm, Oqtay müəllim, 15 iyunu yığışdırsınlar. İndi təzə nazir gəlib, Allah işini avand eləsin. İndi deyəcək ki, dərs ili 30 iyuna qədər davam etsin?”

Spiker Oqtay Əsədov dedi ki, alimlər həmişə yetişib, bundan sonra da yetişəcəklər: “İndi də gənc alimlər var, onarın səsi sonra çıxacaq”.

Deputat Asim Mollazadə isə sertifikatlaşdırma məsələsini düzgün qiymətləndirdiyini bildirdi: “5 illik müddət də çox düzgün seçilib”.

A.Mollazadə olimpiada qalibləri ilə bağlı qanun layihəsindəki müddəaya etiraz etdi. 

Spikersə razılaşmadı: "Onda belə çıxır ki, gəlin Azərbaycanda olimpiada sistemini ləğv edək. Gənclərimizi həvəsləndirmək lazımdır".

MilliYol.Az
Etiket:

loading...