“Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”
Milliyol.Az APA-ya istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün Gilan əyalətinə səfəri çərçivəsində deyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə də Rəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: “Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə Hindistandan yüklər daşınacaq”.
Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir.
Qeyd edək ki, İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib.
MilliYol.Az
Digər xəbərlər
loading...