Azərbaycanda iki jurnalistə vəzifə verildi Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir Azərbaycanda yüksək vəzifəli dövlət məmuru saxlanıldı
 

65-dən sonrakı pensiyaçı ömrü: Azərbaycan təqaüdçüsü nə qədər yaşayır?

Tarix 07.10.17, 12:46

Font ölçüsü : - / +
bitmap-img6

Dünya ölkələrində pensiya yaşının artırılması tendensiyasına qarşı çıxan Polşada bunun əksinə olan qərarın qəbulu müzakirələr yaradıb. Artıq bu ölkədə pensiya yaşı həm qadınlar, həm də kişilər üçün azaldılıb. Belə ki, artıq Polşada kişilər 65, qadınlar isə 60 yaşda pensiyaya çıxa biləcəklər. Polşada pensiyaçılar 413 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 8,2 il, qadınlar isə 20,9 il yaşayırlar. Dəyişikliyə qədər isə ölkədə həm qadınlar, həm də kişilərin 67 yaşda pensiyaya çıxması qərarı qüvvədə idi. Hökumət 2040-cı ilə qədər reallaşması nəzərdə tutulan plan hazırlamışdı və plan tədricən həyata keçriləcəkdi. Həmin ildən etibarən isə bu ölkədə həm qadın, həm də kişiləri 67 yaşında pensiyaya çıxarmağı düşünürdülər.


Ancaq hər şey tərsinə oldu.  Hökumətin qadın və kişilər üçün pensiya yaşının tədricən 67-yə qaldırılması barədə 2012-ci ildə qəbul  etdiyi qərar arxivə atıldı. 2015-ci ildə parlament seçkisində mandatlaırn çoxunu “Hüquq və ədalət” Partiyası qazandı və seçkiqabağı verdiyi vədlərdən birini- pensiya yaşının azaldılması vədini yerinə yetirmək üçün işə başladı. Deputatların əksəriyyəti dəyikliyi dəstəklədi. Dəyişiklik 2017-ci il büdcəsinə 240 milyon, 2018-ci il büdcəsinə isə 2,3 milyard avroya başa gələcək. Sorğuların nəticəsinə görə, rəyi soruşulanların 82 faizi dəyişiklikdən yararlanmaq niyyətindədir. Gələcəkdə bu say daha da artacaq. 

Hökumət xalqı sevindirir,  ruslar “absurd” deyir

Qadınların birdən-birə 7, kişilərin isə 2 il güzəşt almasını hökumət əhalinin sosial təminatnın daha da yaxşılaşdırılması tədbirlərilə izah edib. Ancaq bir sıra ekspertlər Polşada qüvvəyə minən qərarın ölkəyə mənfi təsirindən danışır.Xüsusilə, Rusiya narahat görünür. Rusiyanın Müasir İnkişaf  İnstitutunun iqtisadçısı Nikita Maslennikov Polşada qəbul edilən bu qərarı “sadəcə absurd” kimi xarakterizə edib. Eyni zamanda Polşa hakimiyyətinin bu yöndəki çıxışını populist adlandıraraq maliyyə idarəetməsində yanlış qərarın mənfi nəticələr doğuracağını yazıb.İqtisadçının fikrincə, olduqca qısa müddət üçün pensiya yaşının endirilməsi iqtisadiyyata müəyyən qədər təkan verəcək. Ancaq bu, uzun müddət davam edə bilməz:

“Həmin yaşlarda işsizliyin azaldılması üçün də qısamüddətli yardım vəd edən qərardır. Ancaq cəmi 10 il sonra bu pensiya siyasəti əks effekt verməyə başlayacaq”.

Maslennikovun fikrincə, yaxın zamanda hökumət əhalinin alıcılıq qabiliyyətinin kəskin azaldığını müşahidə edəcək. Bu isə iqtisadiyyatda çöküşü sürətləndirəcək:

“Çünki bu qanun əmək bazarında uzunmüddətli perspektiv üçün vəziyyəti gərginləşdirəcək”. 

Üzü 65-ə doğru...

Azərbaycanda isə pensiya yaşının həm qadınlar, həm də kişilər üçün artırılması barədə dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minib. Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanunda artıq dəyişiklik edilib və prezident qanunu təsdiqləyib.Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Azərbaycan pensiya yaşının artırlmasında əksər dünya ölkələrindəki kimi mrəhələli plandan isitfadə edəcək. Yəni, kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. 

Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində müavinət verilir.

Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən, bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat müəyyənləşdirilib. Sonradan həmin məbləğ qanuna uyğun olaraq indeksləşdirilir.

Pensiyaçı neçə il yaşayır?

Pensiya yaşının artırılmasındakı əsas arqument orta ömrün artmasıdır.Yəni, insanlar pensiyaya çıxdıqdan sonra əvvəllər olduğundan daha uzun yaşayır ki, bu da dövlətin öhdəliklərini artırır.Ümumiyyətlə, pensiya yaşının müəyyən edilməsində pensiyaya çıxdıqdan sonra təqaüdçünın nə qədər yaşadığı əsas götürülür və dərin statistik təhlillər aparıldıqdan sonra qərar verilir.Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri məsləhət görür ki, bütün inkişaf etmiş ölkələrdə pensiya yaşı artırılsın. Çünki bu ölkələrdə orta ömür artır və pensiyaya çıxdıqdan sonra təqaüdçü uzağı 12 il yaşayır. 

Az yaşayanlar daha tez təqaüdə göndərilir

Avropa ölkələrində pensiyaya çıxdıqdan sonra insanların daha uzun yaşamaq şansı var və bu, onlara münasibətdə dəyişkliyin əsasının təşkil edir.Keçmiş SSRİ respublikalarında isə vəziyyət bir qədər fərqlidir. Burda hələ də pensiya yaşının 58 olaraq qaldığı ölkələr var. Məsələn,  Ukrayna. Burda pensiya yaşının artırılaraq 60-a çatdırılması barədə müzakirələr gedir və güman ki, dəyişikliklər Radada qəbul ediləcək. Ukraynda kişilər pensiyaya çıxdıqdan sonra 6,3 il, qadınlar isə daha çox- 21,1 il yaşayırlar. 12,3 milyon pensiyaçının olduğu ölkədə 2021-ci ilə qədər orta yaşla bağlı ciddi tədqiqatlar aparılacaq. Əgər orta ömrün azalması müşahidə ediləcəksə, o zaman dəyişiklik edilməyəcək. Belarusda pensiya yaşı 3 il artırılıb. İndi bu ölkədə qadınlar 58, kişilər isə 60 yaşda pensiyaya çıxarlar.

Yeni qərara qədər isə pensiya yaşı qadınlar üçün 55, kişilər üçün isə 60 yaş müəyyən edilmişdi. Kişilər pensiyaya çıxdıqdan sonra 5,6 il, qadınlar isə 20,9 il yaşayırlar. Rusiyada qadınlar 55, kişilər isə 60 yaşdan pensiyaya çıxırlar.Ancaq bu, son hədd deyil.Müzakirələr gedir və əgər hökumət dəyişkliyə qərar versə, qadınlar 63, kişilər 65 yaşda pensiyaya çıxacaq.

Pensiyaya çxıdıqdan sonra nə qədər yaşamağa gəlincə, müxtəlif ölkələrdə rəqəmlər fərqlidir.Fransa pensiyaçıları orta hesabla 1142 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 19,4 il, qadınlar isə 25,4 il yaşayırlar. Amerikada təqaüdçülər orta hesabla 1200 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 11,9, qadınlar isə daha uzun-16,5 il yaşayırlar. Çində pensiya yaşı 60-dır.Bu yaşda pensiyaya çıxan şəxslər orta hesabla 160 dollar alır. Kişilər üçün orta ömür 76, qadınlar üçünsə daha uzun- 97,7-dır. 

Azərbaycan təqaüdçüsü necə yaşayacaq?

Bəs Azərbaycan pensiyaçısı aldığı təqaüdlə daha neçə il yaşayır? Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə orta ömür artır və 20 il əvvəllə müqayisədə bu artım daha çox hiss edilir. Rəsmi hesabata görə, 1995-ci ildə Azərbaycanda orta ömür uzunluğu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,9 yaş olub. Həmin il üçün orta ömür 69,1 yaş göstərilib. 2000-ci ildə orta ömür 71,8 yaşa qalxıb. Kişilərin orta ömür uzunluğu 68,6 yaş, qadınların orta ömür uzunluğu 75,1 yaş olub. 2010-cu il üçün orta ömür uzunluğu 73,6 yaş olaraq qeyd edilib. Kişilər üçün orta ömür 70,9 yaş, qadınlar üçün 76,2 yaş göstərilib. 2014-cü ildə orta ömür uzunluğu 74,2 yaşa çatıb. Doğulanda orta ömür uzunluğu kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş olub. Bu isə o deməkdir ki, 65 yaşında pensiyaya çıxan Azərbaycan təqaüdçüsü dünyada qəbul edilən orta hesabla, yəni 12 ili yaşaya bilməyəcək. 

Mənbə: cebhe.info



Xəbərin oxunma sayı : 1903

loading...

Sosial

Önəmli

Son xəbərlər

12 DEKABR 2017

12:21 Qohum evliliklərinin fəsadları

11:08 Nazirlikdən pensiyalarla bağlı ittihamlara cavab

10:59 Tramp: “Ailə miqrasiyasını dayandırmaq lazımdır”

10:34 Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

10:13 Mingəçevirdə kişi meyiti tapıldı

0:00 Heydər Əliyevin vəfatından 14 il ötür

11 DEKABR 2017

18:19 Prezident 3 qəsəbənin ilə bağlı sərəncam imzaladı

17:58 Qurban Qurbanovun debüt oyunundakı rəqibi müəyyənləşdi

17:33 Netanyahu Qüdslə bağlı avropalılara səslənib

17:12 Ərdoğan: “Qüdsdə hər daşın ayrı hekayəsi var”

17:00 Bakıdakı parkomatlardan pulları bələdiyyələr toplayacaq

16:44 Bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq

16:24 Bakıya 350 yeni avtobus gətiriləcək

16:02 Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

15:49 Saakaşvili: “Hərbi əsirəm”

15:26 Məşhur türk rejissor aktyor tərəfindən öldürüldü

15:03 Tehrandan Ər-Riyada barış şərti

14:47 Yalçın Topçu: “Türkiyə bu məsələdə Azərbaycanın yanındadır”

14:15 Prezident İlham Əliyev: “Rusiya ilə parlamentlərarası əməkdaşlıq genişləndirilməlidir”

14:00 Ağır atletika üzrə yığmanın baş məşqçisi istefa verdi

13:45 Jirinovskidən Trampın Qüds qərarına reaksiya

13:23 Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

13:18 Azərbaycanda iki jurnalistə vəzifə verildi

13:08 Hacı Məmmədovun bacısı: “Nəyinizə lazımdır Hacının qəbri?”

12:52 Bu il 13 bank filialı bağlanıb

12:36 Nazir: “Əlillərin işlə təminatında problemlər var”

12:12 “Bir az mədəni olsunlar, tərbiyəsizlik etməsinlər”

12:00 “Seçkilərdə prezidentliyə namizədliyimi verəcəyəm”

11:51 “Monopoliya naziri” hər il Azərbaycana nə qədər ziyan vurub?

11:46 Palata: Bank sektoru mənfəətliliyini qoruyur

11:23 Bakıda yeniyetməni 3 dəfə bıçaqladılar

11:02 Bacısının ərini və qayınatasını güllələdi

10:31 Andre Villie: “Təzyiqlər məni Azərbaycana daha da yaxınlaşdırdı”

10:15 Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib

10 DEKABR 2017

21:58 Salyanda yol qəzası: yaralılar var

21:36 Cocuq Mərcanlıda gün ərzində 1,30 hektar ərazi tam təmizlənib

21:12 Ruhani yeni büdcənin layihəsini təqdim etdi

20:48 Saakaşvili tərəfdarlarının mitinqi sona çatdı

20:23 Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib

20:01 Mingəçevirdə mənzildən qadın meyiti tapılıb

19:45 Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edilib

19:21 Süni intellektə malik holoqram təqdim edilib

19:07 Avropanın ən kasıb ölkələri müəyyən edilib

18:59 Britaniyaya yağan güclü qar hava limanlarının işini iflic edib

18:32 Ölkəmizdə “Formula-1” azarkeşlərinin sayı artıb

18:14 Türkmən prezident 4 nazirlə vidalaşdı

18:00 Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir

17:46 Gürcüstana 1,5 milyondan çox azərbaycanlı səfər edib

17:22 YAP: “Struktur islahatları gələn il də davam edəcək”

17:09 Çaylarda sululuq səviyyəsi açıqlandı

16:51 Türkiyədən Qüds açıqlaması: “Gücləri yetməz”

16:34 “Qəbələ”nin idmançısı keçmiş dünya çempionunu məğlub etdi

16:11 Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

15:59 Putin Ankarada Ərdoğanla Qarabağı müzakirə edəcək?

15:37 Çaylarda sululuq səviyyəsi açıqlandı

15:19 Puerto-Rikoda qasırğa nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb

14:52 Astanada Heydər Əliyev Muzeyi açılıb

14:34 Çexiya prezidenti Aİ-ni qorxaqlıqda ittiham edib

14:12 Danışa və eşidə bilməyənlər: Onlara televiziya lazımdırmı?

13:38 ABŞ-da birmühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb

13:13 “Şimali Koreya ilə dialoqun başlanması zəruridir” – Antonio Quterreş

12:50 Teymur və Murad Benyaminovların kartel sövdələşməsinin üstü açıldı

12:35 ABŞ-ın Qüds qərarından Bakı istifadə edə bilər - Politoloq

12:14 Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam

11:57 Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - Foto

11:38 Nazim İbrahimovun biznesmen qızı nişanlandı (FOTOLAR)

11:33 İngiltərədə gözlər Liverpul və Mançester derbilərində

11:11 Türkiyə “Akkuyu” AES-i layihəsinin icrasına başlayır

10:53 Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək

10:31 Gəncədə evləri qarət edən şəxs yaxalanıb

10:00 Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı - Açıqlama

09 DEKABR 2017

21:59 ABŞ-ın Qüdslə bağlı addımı BMT TŞ-a böyük zərbədir - Ərdoğan

21:37 Buffon üçün vida oyunu təşkil olunacaq

21:13 Trampdan dünyaya açıq təhdid: Qırmızı xətti keçəcəyik

20:57 Problemli kreditlərin artmasının səbəbi - Ekspert şərh edir

20:31 “Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı

20:15 Səhiyyə Nazirliyi uşaq intiharlarının səbəblərini açıqladı

19:52 Ər-Riyaddan şok: Qüds xəbərləri qadağan edildi

19:37 Bakıda göydələnlərin 80 faizinin reyestr çıxarışı yoxdur - Ekspert

19:14 Vəkillər Kollegiyasına sənəd qəbulu bərpa edilir

18:51 İlham Əliyevin müşavirədən çıxardığı professor vəfat etdi

18:35 Türkiyə və İran təhlükəsizlik məsələlərini müzakirə edəcək

18:11 Azərbaycan hərbi məhkəmələrinin səlahiyyətləri artırılacaq

17:50 Livan prezidentindən Ər-Riyada mesaj – Həriri böhranı

17:33 Yuliya Timoşenko: “Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər”

17:15 Tarkandan Türkiyədən köçmə xəbərlərinə cavab

16:54 Trampa qarşı etirazlar davam edir - Mindən çox insan yaralanıb

16:31 “İŞİD üzərində tam qələbə əldə edilib” – İraqın baş naziri

16:09 Ötən günün “yol terroru” – 5 nəfər xəsarət alıb

15:50 Ağ Ev Kremli təhdid etdi

15:21 FAT ABŞ-la danışıqları dayandırdı

15:06 Hərbi məhkəmələrin səlahiyyətləri artırılır

14:57 Məşhur kino aktyoru vəfat edib

14:32 Maştağada narkotik maddə satan keçmiş məhkum saxlanılıb

14:10 Ərdoğan İlham Əliyevi təcili Türkiyəyə dəvət etdi

13:56 İlhamə Quliyevanın oğlu həbs edildi

13:38 Mirşahin Ağayev yeni telekanal açır

13:38 Tofiq Heydərov istefa verdi

13:22 Ərdoğan İlham Əliyevi Qüds məsələsinə görə İstanbula dəvət etdi

13:11 Prezidentin icra başçılarına verdiyi vaxt başa çatır

12:59 Bərdədə 21 yaşlı gənci bıçaqlanıb

12:33 Türkiyəli futbolçu “Yuventus”la anlaşdı

12:08 Bakıda qadın əri tərəfindən bıçaqlanıb

11:50 Tramp: “Biz kommunizmi diz çökdürdük”

11:26 Azərbaycan amansız ailə qətlləri ilə çalxalanır

11:02 Neft bahalaşdı

10:45 Atəşkəs 130 dəfə pozulub

08 DEKABR 2017

18:16 Prezident 3 səfiri geri çağırdı (SƏRƏNCAM)

17:55 Putin Türkiyəyə Ərdoğanla görüşə gedir

17:45 Ermənilər Ağdamın cəbhə kəndini atəşə tutdu

17:40 “Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur”

17:34 “Adamlar Feysbukda Minsk Qrupunun bəyanatlarını ələ salırlar” – Tofiq Zülfüqarov

17:30 Anar Nağılbazın keçmiş arvadı: “O videoda mən də...”

17:23 Bakıda 705 mindən çox insan məsuliyyətə cəlb edilib –Bir il ərzində

17:17 Şamaxıya 30 sm qar yağdı

17:12 Gürcüstana 2,5 kq qaçaq qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

17:05 Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya toplandı

16:50 Xam ipəyin gömrük rüsumu 10 dəfə artırılır

16:38 Problemli kreditlərin həcmi 1,9 mlrd. manata çatıb

16:33 Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb



loading...
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
Jurnalistin verdiyi sual ona baha başa gəldi (VİDEO)


İtaliyada Nemo televiziyasının müxbiri canlı yayımda açıqlama alarkən respondentinin sərt reaksiyası ilə üz-üzə qalıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016