Azərbaycanda iki jurnalistə vəzifə verildi Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir Azərbaycanda yüksək vəzifəli dövlət məmuru saxlanıldı
 

3 dövlətin Azərbaycana qarşı gizli planlarının şok detalları - FOTO

Tarix 03.12.16, 18:16

Font ölçüsü : - / +
bitmap-img6

1941-ci ilin avqustunda, Vermaxtın ordusu sürətlə SSRİ-nin paytaxtı Moskvaya yaxınlaşanda sovet qoşunları Britaniya qoşunları ilə birlikdə uğurla İranın işğalı əməliyyatını həyata keçirdi. Barəsində söhbət açacağımız əməliyyatın bəzi məqamları tarixdə zəif öyrədilib.


Bu səbəbdən Publika.az-ın SSRİ və Britaniyanın ilk, avqustun 25-dən sentyabrın 17-ə qədər davam etmiş “Sövdələşmə” adlı əməliyyatının bəzi gizli məqamlarını təqdim edirik:

İlk öncə onu qeyd edək ki, bəzi araşdırmaçılar, jurnalistlər əməliyyatın keçirilməsində əsas məqsədin guya SSRİ-nin İranın Azərbaycan hissəsinin respublikamıza birləşdirməkdən ibarət olduğunu iddia edir, bununla bağlı mif yaratmağa çalışırlar. Özü də həmin günlərdə ki, sovet ordusu Vermaxtın güclü zərbələri ilə geri çəkilirdi. Ön cəbhədə əsgər çatışmazlığı şəraitində, SSRİ-nin Avropa hissəsində hərbi birləşmələrə ehtiyac olduğu şəraitdə sovet rəhbərliyinin İrana qoşun yeritməsi bir sıra məxfi məsələlərə aydınlıq gətirilməsini tələb edir.

Əməliyyatın hazırlanması üçün vacib şərtlər zəruri geosiyasət məsələlərindən, habelə ölkənin cənubdan təhlükəsizliyinin gücləndirilməsi, Bakının, eləcə də İngiltərənin Cənubi (İran və İraqla sərhəd ərazidə) İrandakı neft yataqlarının müdafiəsi ilə əlaqədar idi. Bütün bunlar bir yana, müttəfiqlərin nəqliyyat dəhlizinin müdafiəsi də zəruri idi. Çünki Lend-Liz haqqında müqaviləyə əsasən, SSRİ-yə ediləcək yardımların əhəmiyyətli hissəsinin Təbriz marşrutu üzrə çatdırılması planlaşdırılırdı.

İranda nasional-sosializmin yayılması fonunda Üçüncü Reyxin bu ölkədə təsirinin güclənməsi təhlükəsi ortaya çıxmışdı. 1925-ci ildə İranda baş vermiş saray çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Pəhləvilər sülaləsi Avropalaşma kursunu əsas seçmişdi. 

Almaniyada faşistlərin hakimiyyətə gəlməsinə qədər İran elitasında İtaliyanın faşist lideri Benito Mussoliniyə qarşı güclü rəğbət vardı. Bu mənada Britaniya maliyyə dairələrinin İran iqtisadiyyatında açar rolunu oynamasına baxmayaraq, geopolitik üstünlük tədricən Almaniyanın tərəfinə keçirdi. Üçüncü reyx İranın infrastrukturunda, iqtisadiyyatının inkişafında, hətta hərbi qüvvələrin islahatlarında fəal iştiraka başlayırdı.

1941-ci ilə İranda Moskva və London üçün yeni təhlükə bu ölkənin ingilis kapitalları ilə qurulmuş neft və nəqliyyat infrastrukturunun Üçüncü Reyx tərəfindən SSRİ-yə və Britaniyaya qarşı istifadə edilməsi məsələsi ortaya çıxdı.

Müharibə zamanı hərbi təhlükə də artırdı. Əgər almanlar Şimali Afrikadan Fələstinə və ya Suriyaya yol aça, yaxud Bakı-Dərbənd-Həştərxan xəttinə çıxa bilsəydilər, İranın Hitlerin mövqeyində döyüşməsi həll edilmiş məsələ sayılırdı. Maraqlıdır, almanların özləri də alternativ plan hazırlamışdılar. Belə ki, əgər Rza Pəhləvi onlara hər hansı müqavimət göstərsəydi, Hitler Cənubi və Şimali Azərbaycanı birləşdirib vahid Azərbaycan adlı yeni dövləti qurmağa hazır idi.

Bu səbəbdən də 1941-ci ilin 22 iyununda, Üçüncü Reyx Sovet İttifaqına hücum edən kimi müttəfiq olmuş Moskva və London almanların bu ölkəyə hücumunun qarşısını almaq üçün bir qədər sonra İranda birgə əməliyyat barədə danışıqlara başladılar. Britaniyanın səfiri Kripps Molotov və Stalinlə danışıqlar apardı. Bununla əlaqədar olaraq SSRİ Xalq Daxili İşlər Komissarlığı və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən "Alman kəşfiyyatı agenturasının İranın ərazisindən göndərilməsinin qarşısının alınması üzrə tədbirlər haqqında" direktiv qəbul olundu. Bu, İran əməliyyatına hazırlığa de-fakto siqnal idi. İran ərazisinin tutulması əməliyyatın hazırlanması Zaqafqaziya hərbi dairəsinin o zamankı qərargah rəisi Fyodr Tolbuxinə tapşırıldı.

Əməliyyatın həyata keçirilməsi üçün 3 ordu birləşməsi ayrıldı və həmin birləşmələr 53-cü ordu ilə gücləndirildi.

Öz növbəsində Britaniya da İraqda general-leytenant Edvard Kyuinenin rəhbərliyi altında ordu qrupunu formalaşdırdı. Bəsrə ərazisində iki piyada diviziya cəmləşdi. Əməliyyata diplomatik hazırlıq da görülürdü. Avqustun 16-da Moskva İran hökumətinə nota göndərərək, rəsmi Tehrandan alman vətəndaşlarını ərazisindən çıxarmasını istədi.

Bununla yanaşı, İrandan ərazisində ingilis-sovet birləşmələrini yerləşdirmək tələb olundu. Tehran bundan imtina etdi.
Avqustun 19-da İran hökuməti hərbi qulluqçuların məzuniyyətlərini ləğv etdi. Əlavə olaraq ehtiyatda olan 30 min hərbi qulluqçu səfərbərliyə alındı. Bununla da ordunun şəxsi heyətinin sayı 200 min nəfərə çatdırıldı.

1941-ciin 25 avqustunda Britaniya Hərbi Dəniz Qüvvələrlərinin kanoner qayığı Abadan limanına hücum etdi. İranın "Pələng" adlı sahil mühafizə gəmisi dərhal batırıldı. Hücum zamanı habelə digər kiçik patrul gəmiləri zədələndi və ya təslim oldu.

Öz növbəsində sovet ordusu da Culfa-Xoy, Culfa-Təbriz istiqamətində hücuma keçdi. Orduya Xəzər donanması da dəstək verir, hərbi gəmilər irəliləyirdi.

SSRİ-İran sərhədini keçən tank orduları Türkiyə ilə sərhədə və Təbrizə doğru hərəkətdə idi. Artıq 5 saat sonra 76-cı diviziya Təbrizə daxil oldu.

1941-ci ilin 27 avqustunda Transqafqaz cəbhəsinin birləşlmələri bütün tapşırıqları tamamilə yerinə yetirdi. Sovet qoşunları Xoy-Təbriz-ƏrdəbiI xəttinə çıxdılar. İran qoşununun hərbçiləri təslim olmağa başladı.

1941-ci ilin 28 avqustunda Britaniyanın 10-cu hind diviziyasının hissələri Əhvaz şəhərini ələ keçirdi. General-mayor Slim avqustun 29-da şimal istiqamətində hücum edərək Kirmanşahı ələ keçirməyə hazırlaşırdı. Amma qarnizon komandiri şəhəri müqavimətsiz təhvil verdi.

Bundan sonra Rza Pəhləvi ingilislərin və İran müxalifətinin təzyiqi altında Əli Mənsurun hökumətinin istefasını elan etdi və Əli Furukinin yeni hökumət yaradıldı. Həmin gün Britaniya ilə, avqustun 30-da isə Sovet İttifaqı ilə barışıq sazişi imzalandı.

Sentyabrın 8-də imzalanmış razılaşma İran ərazisində iki böyük dövlətin işğal zonalarını müəyyən edirdi. İran hökuməti Almaniyanın və onun müttəfiqi olan başqa ölkələrinin bütün vətəndaşlarını ərazisindən çıxarmağı, neytral olmağı və Hitler əleyhinə koalisiyanın ölkələrinin hərbi tranzitinə mane olmamağı öhdəsinə götürdü.

Bundan 4 gün sonra Britaniyanın SSRİ-dəki səfiri Kripps London və Moskva arasında müzakirə ilə İranın yeni başçısının namizədliyinin razılaşdırılması təşəbbüsü ilə çıxış etdi. Razılaşmaya əsasən, Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvi şah seçildi.

Sentyabrın 15-də müttəfiq qoşunları Tehrana daxil oldu. Bundan bir gün sonra şah Rza oğulun xeyrinə hakimiyyətdən imtina etməsi haqda sazişi imzalamağa məcbur qaldı.

Hərbi əməliyyat əsasən strateji məntəqələrin və obyektlərin qısa zamanda ələ keçirilməsi ilə nəticələndi. Əməliyyat 64 Britaniya əsgərinin öldürülməsi və yaralanması ilə nəticələndi. Sovet ordusunun isə təxminən 50 hərbçisi həlak olmuş, minə qədər əsgəri yaralanmışdı. Uğursuz müdafiə döyüşləri İran ordusuna 1000-ə yaxın hərbçisinin öldürülməsi ilə nəticələndi.

Bununla da faşist Almaniyasının Cənubi və Şimali Azərbaycanı birləşdirmək planları boşa çıxdı. Lakin İranı ələ keçirmiş SSRİ də tarixi fürsətdən istifadə edərək Azərbaycanı birləşdirmədi. Çünki vahid və güclü ölkənin mövcudluğu imperiya rəhbərliyi üçün sərfəli deyildi.

MilliYol.Az



Xəbərin oxunma sayı : 4204

loading...

Analiz

Önəmli

Son xəbərlər

12 DEKABR 2017

12:21 Qohum evliliklərinin fəsadları

11:08 Nazirlikdən pensiyalarla bağlı ittihamlara cavab

10:59 Tramp: “Ailə miqrasiyasını dayandırmaq lazımdır”

10:34 Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

10:13 Mingəçevirdə kişi meyiti tapıldı

0:00 Heydər Əliyevin vəfatından 14 il ötür

11 DEKABR 2017

18:19 Prezident 3 qəsəbənin ilə bağlı sərəncam imzaladı

17:58 Qurban Qurbanovun debüt oyunundakı rəqibi müəyyənləşdi

17:33 Netanyahu Qüdslə bağlı avropalılara səslənib

17:12 Ərdoğan: “Qüdsdə hər daşın ayrı hekayəsi var”

17:00 Bakıdakı parkomatlardan pulları bələdiyyələr toplayacaq

16:44 Bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq

16:24 Bakıya 350 yeni avtobus gətiriləcək

16:02 Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

15:49 Saakaşvili: “Hərbi əsirəm”

15:26 Məşhur türk rejissor aktyor tərəfindən öldürüldü

15:03 Tehrandan Ər-Riyada barış şərti

14:47 Yalçın Topçu: “Türkiyə bu məsələdə Azərbaycanın yanındadır”

14:15 Prezident İlham Əliyev: “Rusiya ilə parlamentlərarası əməkdaşlıq genişləndirilməlidir”

14:00 Ağır atletika üzrə yığmanın baş məşqçisi istefa verdi

13:45 Jirinovskidən Trampın Qüds qərarına reaksiya

13:23 Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

13:18 Azərbaycanda iki jurnalistə vəzifə verildi

13:08 Hacı Məmmədovun bacısı: “Nəyinizə lazımdır Hacının qəbri?”

12:52 Bu il 13 bank filialı bağlanıb

12:36 Nazir: “Əlillərin işlə təminatında problemlər var”

12:12 “Bir az mədəni olsunlar, tərbiyəsizlik etməsinlər”

12:00 “Seçkilərdə prezidentliyə namizədliyimi verəcəyəm”

11:51 “Monopoliya naziri” hər il Azərbaycana nə qədər ziyan vurub?

11:46 Palata: Bank sektoru mənfəətliliyini qoruyur

11:23 Bakıda yeniyetməni 3 dəfə bıçaqladılar

11:02 Bacısının ərini və qayınatasını güllələdi

10:31 Andre Villie: “Təzyiqlər məni Azərbaycana daha da yaxınlaşdırdı”

10:15 Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib

10 DEKABR 2017

21:58 Salyanda yol qəzası: yaralılar var

21:36 Cocuq Mərcanlıda gün ərzində 1,30 hektar ərazi tam təmizlənib

21:12 Ruhani yeni büdcənin layihəsini təqdim etdi

20:48 Saakaşvili tərəfdarlarının mitinqi sona çatdı

20:23 Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib

20:01 Mingəçevirdə mənzildən qadın meyiti tapılıb

19:45 Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edilib

19:21 Süni intellektə malik holoqram təqdim edilib

19:07 Avropanın ən kasıb ölkələri müəyyən edilib

18:59 Britaniyaya yağan güclü qar hava limanlarının işini iflic edib

18:32 Ölkəmizdə “Formula-1” azarkeşlərinin sayı artıb

18:14 Türkmən prezident 4 nazirlə vidalaşdı

18:00 Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir

17:46 Gürcüstana 1,5 milyondan çox azərbaycanlı səfər edib

17:22 YAP: “Struktur islahatları gələn il də davam edəcək”

17:09 Çaylarda sululuq səviyyəsi açıqlandı

16:51 Türkiyədən Qüds açıqlaması: “Gücləri yetməz”

16:34 “Qəbələ”nin idmançısı keçmiş dünya çempionunu məğlub etdi

16:11 Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

15:59 Putin Ankarada Ərdoğanla Qarabağı müzakirə edəcək?

15:37 Çaylarda sululuq səviyyəsi açıqlandı

15:19 Puerto-Rikoda qasırğa nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb

14:52 Astanada Heydər Əliyev Muzeyi açılıb

14:34 Çexiya prezidenti Aİ-ni qorxaqlıqda ittiham edib

14:12 Danışa və eşidə bilməyənlər: Onlara televiziya lazımdırmı?

13:38 ABŞ-da birmühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb

13:13 “Şimali Koreya ilə dialoqun başlanması zəruridir” – Antonio Quterreş

12:50 Teymur və Murad Benyaminovların kartel sövdələşməsinin üstü açıldı

12:35 ABŞ-ın Qüds qərarından Bakı istifadə edə bilər - Politoloq

12:14 Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam

11:57 Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - Foto

11:38 Nazim İbrahimovun biznesmen qızı nişanlandı (FOTOLAR)

11:33 İngiltərədə gözlər Liverpul və Mançester derbilərində

11:11 Türkiyə “Akkuyu” AES-i layihəsinin icrasına başlayır

10:53 Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək

10:31 Gəncədə evləri qarət edən şəxs yaxalanıb

10:00 Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı - Açıqlama

09 DEKABR 2017

21:59 ABŞ-ın Qüdslə bağlı addımı BMT TŞ-a böyük zərbədir - Ərdoğan

21:37 Buffon üçün vida oyunu təşkil olunacaq

21:13 Trampdan dünyaya açıq təhdid: Qırmızı xətti keçəcəyik

20:57 Problemli kreditlərin artmasının səbəbi - Ekspert şərh edir

20:31 “Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı

20:15 Səhiyyə Nazirliyi uşaq intiharlarının səbəblərini açıqladı

19:52 Ər-Riyaddan şok: Qüds xəbərləri qadağan edildi

19:37 Bakıda göydələnlərin 80 faizinin reyestr çıxarışı yoxdur - Ekspert

19:14 Vəkillər Kollegiyasına sənəd qəbulu bərpa edilir

18:51 İlham Əliyevin müşavirədən çıxardığı professor vəfat etdi

18:35 Türkiyə və İran təhlükəsizlik məsələlərini müzakirə edəcək

18:11 Azərbaycan hərbi məhkəmələrinin səlahiyyətləri artırılacaq

17:50 Livan prezidentindən Ər-Riyada mesaj – Həriri böhranı

17:33 Yuliya Timoşenko: “Ukraynanı dünyanın gözü qarşısında biabır edirlər”

17:15 Tarkandan Türkiyədən köçmə xəbərlərinə cavab

16:54 Trampa qarşı etirazlar davam edir - Mindən çox insan yaralanıb

16:31 “İŞİD üzərində tam qələbə əldə edilib” – İraqın baş naziri

16:09 Ötən günün “yol terroru” – 5 nəfər xəsarət alıb

15:50 Ağ Ev Kremli təhdid etdi

15:21 FAT ABŞ-la danışıqları dayandırdı

15:06 Hərbi məhkəmələrin səlahiyyətləri artırılır

14:57 Məşhur kino aktyoru vəfat edib

14:32 Maştağada narkotik maddə satan keçmiş məhkum saxlanılıb

14:10 Ərdoğan İlham Əliyevi təcili Türkiyəyə dəvət etdi

13:56 İlhamə Quliyevanın oğlu həbs edildi

13:38 Mirşahin Ağayev yeni telekanal açır

13:38 Tofiq Heydərov istefa verdi

13:22 Ərdoğan İlham Əliyevi Qüds məsələsinə görə İstanbula dəvət etdi

13:11 Prezidentin icra başçılarına verdiyi vaxt başa çatır

12:59 Bərdədə 21 yaşlı gənci bıçaqlanıb

12:33 Türkiyəli futbolçu “Yuventus”la anlaşdı

12:08 Bakıda qadın əri tərəfindən bıçaqlanıb

11:50 Tramp: “Biz kommunizmi diz çökdürdük”

11:26 Azərbaycan amansız ailə qətlləri ilə çalxalanır

11:02 Neft bahalaşdı

10:45 Atəşkəs 130 dəfə pozulub

08 DEKABR 2017

18:16 Prezident 3 səfiri geri çağırdı (SƏRƏNCAM)

17:55 Putin Türkiyəyə Ərdoğanla görüşə gedir

17:45 Ermənilər Ağdamın cəbhə kəndini atəşə tutdu

17:40 “Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur”

17:34 “Adamlar Feysbukda Minsk Qrupunun bəyanatlarını ələ salırlar” – Tofiq Zülfüqarov

17:30 Anar Nağılbazın keçmiş arvadı: “O videoda mən də...”

17:23 Bakıda 705 mindən çox insan məsuliyyətə cəlb edilib –Bir il ərzində

17:17 Şamaxıya 30 sm qar yağdı

17:12 Gürcüstana 2,5 kq qaçaq qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

17:05 Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya toplandı

16:50 Xam ipəyin gömrük rüsumu 10 dəfə artırılır

16:38 Problemli kreditlərin həcmi 1,9 mlrd. manata çatıb

16:33 Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb



loading...
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
Jurnalistin verdiyi sual ona baha başa gəldi (VİDEO)


İtaliyada Nemo televiziyasının müxbiri canlı yayımda açıqlama alarkən respondentinin sərt reaksiyası ilə üz-üzə qalıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016