Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

11 qanunsuz miqrant saxlanıldı


Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 7 nə­fər Nepal, 3 nəfər Hindistan və 1 Şri Lanka və­­tən­da­şı sax­­­la­nılıb

Dövlət Miqrasiya Xidmətindən  verilən məlumata görə, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna və­tən­da­şı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil et­diyi məlum olub.

Belə ki, 3 nəfər Hindistan və 1 nəfər Şri Lanka vətəndaşının Avropaya getmək məqsədi ilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil et­di­yi aşkarlanıb.

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə gön­də­ri­lə­cək­ləri vədi ilə aldadaraq külli miqdarda və­sait­lə­rini mənimsədiyi məlum olub.

Eyni zamanda Deepakın 7 nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə tə­min ediləcəkləri vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana gön­­dər­di­yi müəyyən edilib.

Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media